Almaniya Danimarka ilə bir layihə çərçivəsində Almaniya hökumətinin saytında yenilənmiş məlumatlara əsasən, Ukraynaya daha 25 “Leopard 1A5” tankı köçürüb. Ümumilikdə, hərbi əməliyyat başlayandan bəri Berlin və Kopenhagen bu tipli 115 tankı Kiyevə ötürüb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri RBC yayıb.
Xatırladaq ki, oktyabrın əvvəlində Almaniya Müdafiə Nazirliyinin rəhbəri Boris Pistorius Ukraynaya 1 milyard avro dəyərində yeni hərbi yardım paketi elan edib.
Bura Patriot hava hücumundan müdafiə sistemi və IRIS-T raket sistemi, üç Gepard özünü-müdafiə sistemi, mərmilər, on “Leopard 1 A5” tankı, 15 zirehli personal daşıyıcısı, tibbi yardım üçün 20 zirehli maşın və 155 mm-lik mərmi daxildir.
Qeyd edək ki, Ukrayna bir sıra Avropa İttifaqı ölkələrindən Leopard tankları alır. Belə ki, ötən fevralın əvvəlində Danimarka, Almaniya və Hollandiya Kiyevə 100-ə yaxın “Leopard 1” tankı tədarük etmək barədə razılığa gəliblər.
Polşa, Almaniya və Kanada isə “Leopard 2” tədarük etməyə söz veriblər.
Onu da xatırladaq ki, ilk belə maşınlar Ukraynaya martda gətirilib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB