Türkiyə və Qırğızıstan prezidentləri arasında görüş olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının X sammitinə qatılmaq üçün Qazaxıstanın paytaxtı Astanaya səfər edib.
Rəcəb Tayyib Ərdoğan Astanada qaldığı oteldə Qırğızıstan prezidenti Sadır Caparov və Macarıstan Baş naziri Viktor Orbanla görüşüb.
SİA-nın əldə etdiyi məlumata görə, görüşlər mətbuata qapalı keçirilib.
Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, Rəcəb Tayyib Ərdoğan 2-3 noyabr tarixlərində Qazaxıstanın paytaxtı Astanada “Türk dövrü” mövzusunda keçiriləcək sammitdə iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə