20 yaşlı moskvalı Krım körpüsündən özünü atıb

20 yaşlı moskvalı Krım körpüsündən özünü atıb

Moskvanın mərkəzində 20 yaşlı qız Krım körpüsündən atılaraq sağ qalıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “MK.RU” xəbər tutub.

Nəşrin məlumatına görə, xəsarət alan şəhər sakini Moskva çayından çıxarılıb.

O, hipotermiya diaqnozu ilə xəstəxanaya aparılıb. Maraqlıdır ki, moskvalı hərəkətinin motivini müzakirə etməkdən imtina edib.

Xatırladaq ki, bundan əvvəl Moskvada Krım körpüsünün zirvəsinə çıxan şəxsin yerə endirilməsi barədə məlumat yayılmışdı. Həbs edildikdən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları onunla danışıblar. Bundan əvvəl həmin şəxs Krım körpüsündən yıxılıb. O, Qorki parkının mühafizəçiləri tərəfindən xilas edilərək həkimlərə təhvil verilib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə