Dağıstan rəhbəri iğtişaşçıları ələ salıb..?

Dağıstan rəhbəri iğtişaşçıları ələ salıb..?

Dağıstanın rəhbəri Sergey Melikov Mahaçqaladakı iğtişaşların iştirakçısı, şəhərin hava limanına enən təyyarənin turbinində “yəhudilərin axtarışı” ilə məşğul olan şəxsi ələ salıb və tənqid edib.

...Yəhudiləri təyyarənin gövdəsində və ya qanadının altında, turbinində axtarın. Bu indi sizin üçün gülməlidir. İlk dəfə görəndə mənim də üzümdə təbəssüm yarandı, amma sonra qorxdum.

SİA-nın əldə etdiyi məlumata görə, Melikov bunu “Dağıstan Respublikasında millətlərarası sülh və harmoniya uğrunda” konfransında bildirib.

Onun sözlərinə görə, belə adamlara görə indi hamı region sakinlərinin üzünə gülür.

“...Bütün dünya bu fırıldaqçılar sayəsində bu gün bizə gülür”, - deyən Melikov Rusiya prezidenti Vladimir Putinə Mahaçqaladakı iğtişaşların təşkilatçıları və iştirakçılarının üzləşdiyi cəzalar barədə məruzə etdiyini bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə