Gürcüstanda müxalifət NATO və Avropa İttifaqını Rusiya bazasının Oçamçirada yerləşdirilməsinə cavab verməyə çağırıb.
Gürcüstandan çağırış...

Gürcüstan parlamentinin 50 müxalifət üzvü NATO və Avropa İttifaqına üzv ölkələrə müraciət edərək Oçamçire limanında Rusiya donanması üçün daimi bazanın yerləşdirilməsinə qarşı qəti və vahid mövqe nümayiş etdirməyə çağırır.

...Biz hesab edirik ki, Rusiya Federasiyasının bu qərarı təkcə Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə deyil, həm də geniş Qara dəniz regionunun eləcə də bütövlükdə Avro-Atlantik məkanın təhlükəsizliyinə əlavə çağırışdır. Hesab edirik ki, Rusiya hərbi donanmasının işğal olunmuş Abxaziyanın Oçamçire limanında daimi yerləşməsi də Avropa İttifaqının təşəbbüsü ilə həyata keçirilən “Orta Dəhliz” layihəsinin həyata keçirilməsi üçün əlavə təhlükədir.

Qeyd edək ki, gürcüstanlı deputatlar beynəlxalq ictimaiyyəti və Gürcüstanın strateji tərəfdaşlarını Rusiyanın davam edən işğal və ilhaq siyasətinə qarşı qəti, vahid mövqe tutmağa çağırırlar.

...Biz beynəlxalq ictimaiyyəti 2008-ci ilin avqustunda Rusiya Federasiyası ilə Gürcüstan arasında baş vermiş müharibə və onun nəticələri ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından Rusiyanın işğalçılıq siyasətini həyata keçirməsinə qarşı mübarizədə beynəlxalq hüquqi sənəd kimi səmərəli istifadə etməyə çağırırıq.

SİA-nın əldə etdiyi məlumata görə, bu müxalifət deputatların bəyanatında deyilir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə