İsrail Qəzzada xəstəxanalara yanacaq verilməsinə icazə verib

İsrail Qəzzada xəstəxanalara yanacaq verilməsinə icazə verib

İsrail hərbçiləri artıq Qəzza şəhərinin ərazisindədirlər və onu müxtəlif tərəfdən mühasirəyə alırlar.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri jurnalistlərə İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi verib.

...Əsgərlərimiz artıq Qəzza şəhərindədir, onu bir neçə istiqamətdən mühasirəyə alırlar və mən necə irəliləyiş əldə etdiyimizi görürəm. Biz çox çətin vəziyyətdə, sıx məskunlaşmış, məskunlaşan ərazidə döyüşmək məcburiyyətindəyik.

Bunu deyən İsrail Ordusunun Baş Qərargah rəisi etiraf edib ki, lazım gələrsə, yerli xəstəxanalar üçün yanacaq Qəzza zolağına buraxılacaq.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə