ABŞ Konqresindəki bir qrup yüksək vəzifəli respublikaçı prezident Cozef Baydeni Ukraynaya uzaqmənzilli ATACMS raketlərini ötürməyə çağırıb.
SİA-nın əldə etdiyi məlumata görə, “Reuters” bunu qanunvericilərin məktubuna istinadən yazır.
Noyabrın 1-də Baydenə göndərdiyi məktubda respublikaçılar məhdud mənzilli raketlərin Ukraynaya ötürülməsini dəstəklədiklərini bildiriblər. Onlar həmçinin Ukraynanın uzun mənzilli ATACMS üçün sorğu təqdim etdiyini xatırladıb və Kiyevin onlardan məsuliyyətlə istifadə etmək bacarığını nümayiş etdirdiyini qeyd ediblər.
Onlar həmçinin bu raketlərin istifadəsinə Rusiyadan heç bir reaksiya olmadığını da qeyd ediblər.
...Aydındır ki, ATACMS üzərində işi bitirməyin vaxtıdır. Bunun edilməməsi nəinki döyüş meydanında dalana dirənməsi və bu müharibənin daha da uzadılması təhlükəsi yaradır, həm də düşmənlərimiz bütün dünyada təsir əməliyyatları apardıqları üçün qlobal qeyri-sabitliyi daha da təhdid edir.
...Ukraynanın dərindən zərbə endirmə qabiliyyəti tələbi aktual olaraq qalır, xüsusən də bütün Krımdakı hədəfləri vurmaq üçün.
Qeyd edək ki, bunu Respublikaçılar məktubda yazırlar.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB