Xəbər verildiyi kimi, Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken noyabrın 2-10 tarixlərində İsrail, İordaniya, Yaponiya, Cənubi Koreya və Hindistanda səfərdə olacaq. Bu, yenidən İsrail və İordaniyaya gedəcək Blinkenin oktyabrın 7-də İsrail və Fələstin arasında münaqişə başlayandan bəri İsrailə üçüncü səfəri sayılır.
SİA-nın əldə etdiyi məlumata görə, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller sözügedən mövzu ilə bağlı bildirib: “Entoni Blinken noyabrın 3-də İsrail və İordaniyaya gedəcək. O, İsrailin beynəlxalq humanitar hüquqa uyğun olaraq özünü müdafiə etmək hüququnu dəstəklədiyimizi bir daha bəyan edəcək və humanitar yardım göstərmək üzrə işimizi, həmçinin mülki əhali arasında itkiləri minimuma endirmək üçün bütün tədbirlərin görülməsi zərurətindən danışacaq.”
ABŞ dövlət katibi Entoni Blinken bu səfərlərdən sonra noyabrın 5-də Türkiyəyə gələcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB