“O vaxt Şoyqu Kiyevi üç günə götürəcəyini deyirdi, hə bəs, nə oldu?”

Rusiyanın müdafiə naziri indi də Ukraynanın hələ almadığı “F-16” qırıcılarını 20 günə “məhv edəcəyinə” söz verib...
“O vaxt Şoyqu Kiyevi üç günə götürəcəyini deyirdi, hə bəs, nə oldu?”

Bu arada Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynanın hələ almadığı “F-16” qırıcılarını cəmi 20 günə “məhv edəcəklərini” deyib?

Ukrayna tərəfi də soruşur ki, o vaxt Şoyqu Kiyevi üç günə götürəcəyini deyirdi, hə bəs, nə oldu?

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RBC-Ukrayna milli telemarafonun efirində Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov danışıb.

Yusovun sözlərinə görə, rusların tammiqyaslı işğal dövründə vurduğu və məhv etdiyi bütün rəqəmləri eləcə də məlumatları toplasanız məlum olur ki, Ukraynanın ordu və silahları sən demə, Rusiyankından qat-qat çoxmuş.

Xatırladaq ki, noyabrın 1-də keçirilən görüşdə Şoyqu təkcə “F-16”da dayanmayıb. Belə ki, o, Rusiyanın hava hücumundan müdafiə qüvvələrinin cəmi bir ay ərzində 37 Ukrayna təyyarəsini və 6 ATACMS raketini “vurduğunu” söyləyib.

...Son bir ay ərzində hava hücumundan müdafiə ekipajları Ukrayna Silahlı Qüvvələrinin 1400-dən çox hava hücumu silahını, o cümlədən 37 təyyarə və 6 ATACMS raketini məhv edib.

Qeyd etdiyimiz kimi bunu deyən Şoyqu, “F-16”-ları nəzərdə tutaraq bu qırıcıların da 20 günə məhv ediləcəyini bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə