Hollandiyada dövlət sirrini yaymaqda şübhəli bilinən 2 nəfər saxlanılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, 64 yaşlı kişi və 35 yaşlı qadın saxlanılıb. Rotterdamda yaşayan 64 yaşlı şübhəlinin həm NCTV-də, həm də Hollandiya polisinin Milli Polis Bölməsində çalışdığı, Quda şəhərində yaşayan qadının isə keçmiş işçi olduğu bildirilib.
14 sutka həbs qərarı və bir sıra qadağalara məruz qalan şübhəlilərin yalnız vəkilləri ilə görüşməsinə icazə verildiyi vurğulanıb. İstintaqın təhlükəsizliyi üçün indiki mərhələdə əlavə məlumat verilməyəcəyi, istintaq çərçivəsində bir çox yerlərdə axtarışların aparıldığı da bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB