Meksikada təyyarə qəzası baş verib - 4 nəfər həlak olub

Meksikada təyyarə qəzası baş verib - 4 nəfər həlak olub

Meksikanın cənubundakı Morelos ştatında yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində azı 4 nəfər həlak olub. SİA TASS agentliyinə istinadla bildirir ki, qəza Tetlama şəhərində baş verib.

İlkin məlumata görə, bu, tibbi xidmət təyyarəsi olub, 4 ekipaj üzvü həlak olub.

Hadisə yerinə xilasedicilər gəlib, rayon prokurorluğu hadisənin səbəblərini araşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə