“Qəddarlıq, bu dərəcədə..?”

“Qəddarlıq, bu dərəcədə..?”

...Narkotikə görə cəza alan və istintaq təcridxanasında olan Bryansk sakini yeni ağır cinayətdə - yeni doğulmuş oğlunun qətlində mühakimə olunacaq.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri İstintaq Komitəsinin Bryansk vilayəti üzrə istintaq idarəsinin mətbuat xidməti yayıb.

Beləliklə. hadisə avqustun 27-də 26 yaşlı Bryansk sakininin narkotiklə bağlı məhkəmədən sonra yerləşdirildiyi istintaq təcridxanasında baş verib.

Müəyyən edilib ki, qadın ay yarımlıq oğlunun ağlamasına əsəbləşərək onun başını bir neçə dəfə döşəməyə vurub.

Uşaq aldığı xəsarətlərdən yerindəcə keçinib.

Təbii ki, Bryansk vilayət məhkəməsi təkrar cinayət törədən şəxsə qarşı yeni cinayət işinə baxacaq.

Yadınızda olar, bir müddət bundan əvvəl Vladivostokda ananın yatmış dörd yaşlı uşağını bıçaqlayaraq öldürdüyünü yazmışdıq.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə