Ukraynada müharibə yeni mərhələyə keçir

Ukraynada müharibə yeni mərhələyə keçir

Ukraynada müharibə indi yeni mərhələyə keçir. Hərbçilər bunu statik və yorucu döyüşdən ibarət “mövqe” döyüşü adlandırırlar.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı “The Economist”in köşə yazısında yazıb.

Zalujnın fikrincə, “mövqe” müharibəsinin yeni mərhələsi hərəkət və sürətin “manevr” müharibəsindən fərqli olaraq statik və yorucu döyüşdür.

Ali Baş Komandan hesab edir ki, bu, Rusiyaya xeyir verməklə yanaşı, ona öz gücünü bərpa etməyə də imkan verəcək.

…Xəndək müharibəsinə keçid təhlükəsi Ukrayna üçün ciddi problemdir. Gecikmə düşmən üçün faydalıdır, çünki bu, ona hərbi potensialını bərpa etmək və artırmaq imkanı verəcək.

Valeri Zalujnı yazır bunu.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə