Ukraynadakı münaqişə Gürcüstana sıçraya bilərmi?

Ukraynadakı münaqişə Gürcüstana sıçraya bilərmi?

Bu arada Gürcüstan prezidenti Salome Zurabişvili Rusiyanın köçkünlərin köməyi ilə onun ölkəsini ələ keçirməyə çalışdığını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə CBS News-un 60 dəqiqəsində bəyan edib.

Prezidentin sözlərinə görə, Moskva Gürcüstandakı “suları sınaqdan keçirir” və guya prezident Vladimir Putin Sovet İttifaqının mümkün qədər çox keçmiş respublikasını Rusiyanın tərkibinə daxil etmək istəyir.

Qeyd edim ki, burada guyanı ruslar yazıb.

Yeri gəlmişkən Salome Zurabişvili Ukraynadakı münaqişənin Gürcüstan ərazilərinə də sıçraya biləcəyini istisna etməyib.

Onu da qeyd edim ki, bu gün Gürcüstan parlamenti üçüncü və yekun oxunuşda “Vətəndaşlıq haqqında” qanuna dəyişiklikləri təsdiqləyib. “Novosti-Georgia” agentliyi yazır ki, izahat qeydində deyilir ki, onlar vətəndaşlıq almaq prosedurunu sadələşdirmək və xaricdə yaşayan həmvətənlərin Vətəni ilə sıx əlaqələrini dəstəkləmək məqsədi daşıyır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə