Türkiyə Radio və Televiziya Qurumunun (TRT) baş direktoru Mehmet Zahid Sobacı Asiya Sakit Okean Yayım Birliyinin (ABU) prezidenti seçilib.
SİA-nın əldə etdiyi məlumata görə, Asiya-Sakit Okean Yayım Birliyinin (ABU) Baş Assambleyasının 60-cı sessiyası 31 oktyabr-1 noyabrda Seulda keçirilib.
Toplantıda TRT-nin baş direktoru Mehmet Zahid Sobacı 3 il müddətinə ABU prezidenti seçilib.
Mehmet Zahid Sobacı bildirib ki, dünyanın ən böyük yayım birliyi olan ABU-nun prezidenti seçilmək Türkiyənin hər sahədə lider ölkə olma hədəfi üçün əhəmiyyətlidir.
Mehmet Zahid Sobacı deyib: "ABU Prezidentliyinin Cümhuriyyətin 100-cü ildönümünə təsadüf etməsi bizim üçün sevindiricidir. Bu xalq şərtlər nə olursa olsun, imkanları nə qədər məhdud olursa olsun mücadiləsini davam etdirib və hədəflərinə nail olub. Ona görə də hesab edirəm ki, dünyanın ən böyük yayım birliyinin təqdim etdiyi imkan və potensialı bu məqsədlər istiqamətində səfərbər edərək bu prosesi daha güclü şəkildə həyata keçirə bilərik''.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB