Livan İsraildən BMT-yə şikayət edəcək

Livan İsraildən BMT-yə şikayət edəcək

Livan fosfor bombalarından istifadə etdiyinə görə İsrailə qarşı BMT Təhlükəsizlik Şurasına şikayət edəcək.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Livan İsraili ölkənin cənub sərhəd bölgələrinə ağ fosfor bombaları atmaqda ittiham edərək, BMT Təhlükəsizlik Şurasına şikayət etməkdə qərarlı olduğunu açıqlayıb.
Livanın xarici işlər naziri Abdullah Buhabib verdiyi yazılı açıqlamada BMT-dəki Livan missiyasına BMT Təhlükəsizlik Şurasına "İsrailin Livana qarşı dəfələrlə hücumlarında ağ fosfordan istifadə etməsini və Livanda meşələri və ağac sahələrini qəsdən yandırmasını pisləmək" üçün şikayət təqdim etməyi tapşırdığını deyib.

Xatırladaq ki, oktyabrın 31-də Livanın cənubundakı Şeyx Zeyn bölgəsində İsrailin hücumu nəticəsində baş verən yanğını söndürmək üçün yanğınsöndürən maşınlar bölgəyə cəlb edilib.

Livanın cənubu təxminən 3 həftədir ki, İsrail ordusu, Hizbullah və ölkədəki Fələstin qrupları arasında toqquşmalara səhnə olur.

Bütün xəbərlər Facebook səhifəmizdə