Şimali Koreya son üç ayda Rusiyaya bir milyondan çox artilleriya mərmisi göndərib. Bunlar Cənubi Koreya kəşfiyyatının qiymətləndirmələridir.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə çərşənbə günü kəşfiyyat xidmətinin nümayəndələrinin parlamentarilər üçün keçirdiyi brifinqdən sonra Cənubi Koreya parlamentinin deputatı Yo Sanq Beom bildirib.
Ümumilikdə deputatın sözlərinə görə, kəşfiyyat KXDR-dən Rusiyaya mərmilərin çatdırılması ilə bağlı 10-dan çox hadisəni qeydə alıb, bu məqsədlə nəqliyyat təyyarələri və gəmilərdən istifadə edilib. İddia olunur ki, mərmilər sonradan dəmir yolu ilə Ukraynanın işğal olunmuş ərazilərinə daşınıb və cəbhədə istifadə olunub.
Cənubi Koreya kəşfiyyatına görə, 1 milyon mərmi Ukraynada iki ay ərzində aktiv döyüş əməliyyatları aparmaq üçün kifayətdir.
Mərmilərin müqabilində Rusiya, görünür, peyk buraxmaq üçün texnologiyanı Pxenyana ötürüb. Belə ki, may və avqust aylarında buraxılışlar uğursuz olmuşdu.
Bu da Cənubi Koreya kəşfiyyatının ehtimalıdır.
Yo Sanq Beom, Şimali Koreya lideri Kim Çen Inın İsraillə müharibədə Fələstinin HƏMAS qruplaşmasına kömək etmək üçün imkanlar axtardığını da istisna etməyib.
Qeyd edək ki, bundan əvvəl İsrail ordusu HƏMAS yaraqlılarının Şimali Koreyadan gələn silahlardan istifadə etdiyini təsdiqləyib.
Yeri gəlmişkən, rəsmi Seul hələlik deputatın açıqlamalarını şərh etməyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB