“Avropanın Rusiya ilə sabit münasibətlər sisteminə ehtiyacı var”

“Avropanın Rusiya ilə sabit münasibətlər sisteminə ehtiyacı var”

Avropanın Rusiya ilə sabit münasibətlər sisteminə ehtiyacı var.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu fikri Fransa prezidenti Emmanuel Makron M.S. Narikbayeva adına Qazaxıstan Humanitar Hüquq Universitetinin tələbələri qarşısında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Avropada təhlükəsizlik arxitekturası eskalasiya və münaqişələr üzərində qurula bilməz .

Rusiya coğrafi baxımdan Avropanın bir hissəsidir və buna görə də biz Avropa İttifaqı üzvləri, qeyri-üzv dövlətlər və Rusiya arasında sabit münasibətlər sistemi qurmalıyıq.

Makron deyib bunu.

Fransa liderinin sözlərinə görə, Avropa Rusiya Federasiyası ilə ABŞ arasında silah məsələlərində dialoqdan çəkinməməlidir.

Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makron rəsmi səfərlə noyabrın 1-də Astanaya gəlib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə