“HƏMAS dinc sakinləri özünə qalxan edir" - POLİTOLOQ ŞƏRH ETDİ

“HƏMAS dinc sakinləri özünə qalxan edir" - POLİTOLOQ ŞƏRH ETDİ

“İsrail-Fələstin müharibəsindən daha çox bu müharibə İsrail-HƏMAS müharibəsi kimi qiymətləndirilməlidir. Çünki İsrailə hücum etməklə müharibənin başlamasına səbəb olan Fələstin deyil, HƏMAS-dır. Fələstin adından çıxış edib, İsrail ilə yanaşı Fələstin xalqına qarşı da düşmənçilik edib, bölgə ilə bağlı çirkin maraqlarını həyata keçirmək istəyən ayrı-ayrı güclərin, xüsusilə də İranın əlində alət olan da məhz HƏMAS-dır. İsrail də Fələstin xalqına qarşı deyil də, daha çox HƏMAS-a qarşı mübarizə apardığını qeyd edir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Anar Əliyev deyib.

Politoloq bildirib ki, oktyabr ayının 7-də HƏMAS-ın xain hücumu nəticəsində başlayan münaqişə təəssüf ki, bir aya yaxındır davam edir: “Hətta İsrail quru əməliyyatlarına başladığını elan edib. Təəssüf ki, Qəzza zolağında HƏMAS dinc sakinləri özünə qalxan edərək, İsraillə mübarizə aparmağa çalışır. İsrailin terrora qarşı mübarizəsində isə dinc sakinlər, qadın və yaşlılar da həlak olaraq, bu mübarizənin qurbanına çevrilirlər.

Müharibənin hələki tez zamanda yekunlaşması mümkün görünmür. Çünki bu münaqişənin davam etməsində hər iki tərəf həm HƏMAS, həm də İsrail maraqlıdır. Eyni zamanda proseslərə HƏMAS üzərindən müdaxilə edərək, öz maraqlarını həyata keçirmək istəyən İran da münaqişənin tez zamanda bitməsini arzu etmir. HƏMAS hazırki dövrdə etdiyi hücumla öz mövcudluğunu qorumağa çalışır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə