Putin və Lukaşenko telefonla danışıb

Putin və Lukaşenko telefonla danışıb

Rusiya və Belarus prezidentləri arasında telefon danışığı olub.

SİA-nın Kremlin mətbuat xidmətinə istinadən xəbərinə görə, Vladimir Putin və Aleksandr Lukaşenko arasında telefon danışığı zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının 23 noyabr 2023-cü il tarixində Minskdə keçiriləcək növbəti iclasına hazırlıq məsələləri müzakirə edilib.

“İkitərəfli qarşılıqlı fəaliyyətin daha da inkişaf etdirilməsi və ittifaq inteqrasiyasının, o cümlədən enerji, nəqliyyat və yüksək texnologiyaların təşviqi ilə bağlı aktual mövzular da nəzərdən keçirilib.

Rusiya-Belarus strateji tərəfdaşlığı və müttəfiqliyini dərinləşdirmək üçün sıx əməkdaşlığı davam etdirmək üçün qarşılıqlı öhdəlik təsdiqlənib", - deyə Kremlin yaydığı məlumatda qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə