Entoni Blinken və İsxak Hersoq arasında telefon danışığı olub

Entoni Blinken və İsxak Hersoq arasında telefon danışığı olub

Amerika Birləşmiş Ştatları dövlət katibi Entoni Blinken İsrail prezidenti İsxak Hersoqla telefon əlaqəsi saxlayıb.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentindən verilən açıqlamaya görə, Entoni Blinken İsxak Herzoq ilə telefon danışığında münaqişələrdə mülki vətəndaşların ziyan görməməsi üçün tədbirlərin görülməsi ilə əlaqədar çağırış edib.
Entoni Blinken İsrailin özünümüdafiə hüququnu müdafiə etdiklərini bir daha vurğulayaraq, Qəzzaya humanitar yardımların artırılmasının və sürətlə bölgəyə çatdırılmasının vacibliyini qeyd edib.
ABŞ Müdafiə Nazirliyinin yaydığı bəyanata görə, ABŞ müdafiə naziri Lloyd Ostin israilli həmkarı Yoav Qallant ilə İsrail-Fələstin münaqişəsini müzakirə edib.
Hərbi əməliyyatlarda mülki əhalinin təhlükəsizliyinə üstünlük verilməsinin vacibliyini vurğulayan Lloyd Ostin Qəzzadakı mülki vətəndaşlar üçün Rafah sərhəd-keçid məntəqəsindən keçən humanitar yardımların artırılmasının əhəmiyyətini qeyd edib.
Xatırladaq ki, ''Həmas''ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı hərtərəfli hücuma başlayıb.
Buna cavab olaraq İsrail ordusu döyüş təyyarələri ilə Qəzza zolağına qarşı ''Dəmir qılınclar'' əməliyyatına başladığını açıqlayıb.
Gərginlik səbəbindən hər iki tərəf də çox sayda itki verib.

Bütün xəbərlər Facebook səhifəmizdə