İsrail ordusu HƏMAS komandirlərindən birini öldürüb

İsrail ordusu HƏMAS komandirlərindən birini öldürüb

İsrail hərbçiləri Qəzza zolağında keçirdiyi əməliyyat zamanı Fələstinin HƏMAS təşkilatı ilə əlaqəli döyüş hissələrinin komandirlərindən birini öldürüb. SİA xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Belə ki, söhbət İsrail Hərbi Hava Qüvvələrinin endirdiyi hava zərbəsi nəticəsində məhv edilən Cebaliya mərkəzi taborunun komandiri İbrahim Biaridən gedir. Ordunun mətbuat xidməti açıqlayıb ki, Biari oktyabrın 7-də HƏMAS tərəfdarlarının İsrailə hücumunun planlaşdırılmasında aparıcı rol oynayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə