HƏMAS tərəfindən öldürülən 826 şəxsin cəsədi müəyyən edildi

HƏMAS tərəfindən öldürülən 826 şəxsin cəsədi müəyyən edildi

HƏMAS-ın oktyabrın 7-də baş verən hücumundan bu günə kimi 826 mülki şəxsin cəsədi müəyyən edilib. SİA xəbər verir ki, bu barədə İsrail polisinin mətbuat xidməti məlumat yayıb.

Polisin əməkdaşları bu işi İsrail Müdafiə Qüvvələrinin, ölkənin Səhiyyə Nazirliyinin, Məhkəmə Tibb İnstitutunun və könüllü təşkilatların nümayəndələri ilə birlikdə həyata keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə