San-Fransiskoya gedən yol hamar olmayacaq!?

Ağ Ev: Bayden Si Cinpin ilə görüşməyi səbirsizliklə gözləyir
San-Fransiskoya gedən yol hamar olmayacaq!?

ABŞ prezidenti Cozef Bayden Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Forumunun Fransiskoda keçiriləcək sammitində Çin prezidenti Si Cinpinlə görüşü səbirsizliklə gözləyir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer bildirib. ...Prezident bildirib ki, o, Sədr Si ilə görüşməyi səbirsizliklə gözləyir.

Mətbuat katibi bunu brifinqdə deyib.

Qeyd edək ki, bundan əvvəl Çinin xarici işlər naziri Vanq Yi Çin və ABŞ-ın San-Fransiskoda ölkə liderlərinin görüşünün təşkili üçün birgə işləmək barədə razılığa gəldiyini, lakin San-Fransiskoya gedən yolun hamar olmayacağını bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə