Zelenski Rusiya ilə konsulluq müqaviləsinə xitam verməyi təklif edib

Zelenski Rusiya ilə konsulluq müqaviləsinə xitam verməyi təklif edib

Ukrayna prezidenti Vladimir Zelenski parlamentə Ukrayna ilə Rusiya Federasiyası arasında konsulluq müqaviləsinə xitam verilməsini təklif edib. Müvafiq qanun layihəsi artıq Ali Radaya təqdim olunub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Radanın rəsmi portalına xəbər verilir.

Qanun layihəsinin mətni hələ parlamentin saytında yer almayıb. Hazırda sənəd baxılmaq üçün Rada rəhbərliyinə təqdim olunub.

...Konsulluq müqaviləsi dövlətlər arasında konsulluq münasibətlərini tənzimləyən sənəddir.

Ukrayna ilə Rusiya Federasiyası arasında konsulluq müqaviləsi 1993-cü ilin yanvarında imzalanıb və 1995-ci ilin noyabrında qüvvəyə minib.

Müqavilə konsulluqların açılması, konsulluq idarələrinin rəhbərlərinin təyini və qəbulu, habelə konsulluq funksiyalarını tənzimləyirdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə