“Gec və ya tez Rusiya NATO-ya meydan oxuya bilər...”

“Gec və ya tez Rusiya NATO-ya meydan oxuya bilər...”

ABŞ müdafiə naziri Lloyd Ostin hesab edir ki, Rusiya gələcəkdə NATO-ya meydan oxuya bilər.

O, bu barədə ABŞ Senatının Təxsisatlar Komitəsində keçirilən dinləmələrdə bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu xəbəri TASS verir.

“Mən şübhə etmirəm ki, gec-tez Rusiya NATO-ya meydan oxuya biləcək və biz bir-birimizə atəş açacağımız vəziyyətə düşəcəyik”.

Ostin həmçinin iddia edir ki, Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı uğurlu olarsa, bu, qonşu ölkələrin, xüsusən də Baltikyanı ölkələrin təhlükəsizliyini təhdid edə bilər.

Eyni zamanda, o, belə bir fikir bildirib ki, ABŞ Kiyevə dəstəyi dayandırsa, o zaman Rusiya münaqişədə qalib gələ bilər.

Onun sözlərinə görə, Ukrayna və İsrailə dəstək “ABŞ-ın müdafiə və sənaye bazasına sərmayəsidir”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə