İranın xarici işlər naziri sabah Türkiyəyə səfərə gələcək

İranın xarici işlər naziri sabah Türkiyəyə səfərə gələcək

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan sabah (1 noyabr) Türkiyəyə gələcək.

SİA-nın əldə etdiyi məlumata görə, Xarici İşlər Nazirliyindən verilən açıqlamada Abdullahiyanın noyabrın 1-də Türkiyəyə səfər edəcəyi bildirilib.

Bəyanatda xarici işlər naziri Hakan Fidanın iranlı həmkarı ilə aktual regional məsələləri və ikitərəfli əlaqələri, xüsusilə Fələstində baş verənləri müzakirə edəcəyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə