Avropa diplomatiyasının rəhbəri Josep Borrell israillilərin İordan çayının qərb sahilində fələstinlilərə qarşı hücumlarını kəskin şəkildə pislədiyini bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, O, bu barədə İordaniya, Misir, Səudiyyə Ərəbistanı və İslam Əməkdaşlıq Təşkilatının nümayəndələri ilə telefon danışığı zamanı bildirib.
“...İordan çayının qərb sahilindəki vəziyyətə də baxıldı. “Ali Nümayəndə Borrell israilli mühacirlər tərəfindən fələstinlilərə hücumlardan böyük narahatlığını ifadə edib və bunu qəti şəkildə pisləyib”.
Bu Avropa İttifaqının xarici siyasət agentliyinin bəyanatında deyilir.
Xatırladaq ki, bundan əvvəl Borrell Qəzza zolağına humanitar yardımın çatdırılmasına imkan yaratmaq üçün Yaxın Şərqdə müvəqqəti atəşkəsə çağırıb.
Oktyabrın 30-da İsrail ordusunun sözçüsü mayor Nir Dinar, İsrail ordusunun Qəzza zolağındakı mülki insanları HƏMAS üzvlərindən ayıra bilmədiyini deyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB