Ukrayna Silahlı Qüvvələri Çuvaşiyadan səfərbər edilmiş çuvaşların motoatıcı batalyonuna HİMARS raketləri ilə zərbələr endirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə jurnalist Yuri Butusov məlumat verib.
Onun sözlərinə görə, oktyabrın 29-da Rusiya Silahlı Qüvvələrinin 1251-ci motoatıcı alayının 1-ci batalyonu yerdəyişməyə hazırlıq zamanı məğlub olub.
Düşmən 120 nəfərə qədər hərbçi itirib və xeyli əsgər isə yaralanıb. Bundan əlavə 10 avtomobil yandırılıb.
Sosial şəbəkələrdə rus əsgərlərindən biri şikayət edir ki, Ukrayna Silahlı Qüvvələri raket zərbəsi endirdikdə onların hərəkət etməyə belə vaxtları olmayıb.
“Serditia Çuvaşia” Telegram kanalı yazır ki, karvanda KamAZ və UAZ maşınları olub.
Kanalın yazdığına görə, “Atol” könüllü çuvaş batalyonu da döyüşlər zamanı Ukrayna Silahlı Qüvvələri tərəfindən demək olar ki, tamamilə məhv edilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB