İsrail Qəzzaya 20 mindən çox əsgər göndərib

İsrail Qəzzaya 20 mindən çox əsgər göndərib

İsrail oktyabrın 27-də quru əməliyyatını genişləndirdikdən sonra Qəzza zolağına 20 mindən çox əsgər göndərib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Axios” portalı mənbələrə istinadən xəbər verir.

Portalın məlumatına görə, hazırda Qəzzada İsrail ordusunun ən azı iki piyada və zirehli diviziyası var.

Qeyd olunur ki, İsrail hərbçiləri girovların axtarışı və azad edilməsi üçün Qəzzadakı məlumat mənbələrindən istifadə edir.

Oktyabrın 7-də Qəzza zolağının İsrailə minlərlə raket atması ilə Yaxın Şərqdəki münaqişə daha da şiddətlənib. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri “Dəmir Qılınclar” əməliyyatına başlayıb.

İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İsrailin Qəzzada hərbi əməliyyatı oktyabrın 31-də üçüncü mərhələyə keçib. Onun sözlərinə görə, İsrail ordusu “metodiki, addım-addım irəliləyiş” əldə edir. O qeyd edib ki, əməliyyatın məqsədi HƏMAS-ın hərbi və inzibati potensialını məhv etməkdir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə