Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) Qərbi Saharadakı BMT sülhməramlı missiyasının (MİNURSO) mandatının daha bir il uzadılması barədə qərar qəbul edib.
SİA xəbər verir ki, Mərakeşin MAP xəbər agentliyinin məlumatına görə, BMT Təhlükəsizlik Şurasında müzakirə edilən 2703 saylı qətnamə 13 dövlətin 2 bitərəf əleyhinə “bəli” səsi ilə qəbul olunub.
Qərara uyğun olaraq, MİNURSO-nun Qərbi Saharadakı mandatı 31 oktyabr 2024-cü ilə qədər uzadılıb.
Xatırladaq ki, Mərakeş 1975-ci ildə İspaniyanın keçmiş müstəmləkəsi olan Qərbi Saharanı ilhaq etdikdən sonra Əlcəzairin dəstəklədiyi müstəqillik tərəfdarı Polisario Cəbhəsi ilə rəsmi Rabat arasında gərginlik davam edir.
Mərakeş bölgənin öz suverenliyi altında qalması, Polisario Cəbhəsi isə Qərbi Saharanın müstəqil dövlət olması fikrini müdafiə edir.
Polisario Cəbhəsi 1991-ci ildə BMT vasitəçiliyi ilə əldə edilən atəşkəs razılaşmasına qədər Mərakeş təhlükəsizlik qüvvələrinə qarşı silahlı mübarizə aparırdı. Atəşkəsdən sonra Qərbi Saxaranın statusu ilə bağlı danışıqlar nəticəsiz qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB