"Xərçəng xəstələri onsuz da həssas vəziyyətdədirlər və onlara..."

Gebreyesus İsrail ordusunun Türkiye-Fələstin Dostluq Xəstəxanasına dünən həyata keçirdiyi hava hücumlarının son dərəcə narahatlıq doğurduğunu bildirib.
"Xərçəng xəstələri onsuz da həssas vəziyyətdədirlər və onlara..."

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus İsrail ordusunun Qəzza zolağında xərçəng xəstələri üçün yeganə xəstəxana olan Türkiyə-Fələstin Dostluq Xəstəxanasına dünən həyata keçirdiyi hava hücumlarının son dərəcə narahatlıq doğurduğunu bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, Gebreyesus "X" sosial media platformasındakı hücumla bağlı paylaşımında Qəzzada səhiyyə xidmətlərinin qorunmasının vacibliyini kifayət qədər vurğulaya bilmədiklərini ifadə edərək deyib:

"Qəzzada xərçəng müalicəsinin aparıldığı əsas müəssisənin (Türkiyə-Fələstin Dostluq Xəstəxanası) ətrafına hava zərbələri endirilməsi xəbəri son dərəcə narahatedicidir. Xərçəng xəstələri onsuz da həssas vəziyyətdədirlər və onlara lazım olan qayğının göstərilməsini təmin etmək üçün mümkün olan hər şeyi etmək vacibdir. Bu, həqiqətən ölüm-dirim məsələsidir".

Bütün xəbərlər Facebook səhifəmizdə