Blinkenin İsraildəki vəziyyətlə bağlı çıxışı etirazçılar tərəfindən kəsilib
“Atəşkəsi dayandırın!”

Qəzza zolağındakı vəziyyətə görə etirazçılar ABŞ dövlət katibi Antoni Blinkenin Konqresdəki çıxışını pozublar. Konqres C-SPAN televiziya şəbəkəsində canlı yayımlanıb.

Blinken Ukraynadakı “Rusiyanın təcavüzündən” danışarkən, əlində İsrail ordusunu müdafiə etməyə çağıran lövhə tutan qadın Qəzzaya dəstək şüarları səsləndirməyə başlayıb.

“Dayan. İndi atəşi dayandırın”. SİA-nın əldə etdiyi məlumata görə, buna etirazçı çağırış edib.

Dövlət katibi mühafizəçilər hər şeyi yoluna qoyana qədər fasilə verib, səssizcə gözləməli oldu. Səs yazısından görünür ki, orada olanların çoxu qadına tərəf başını belə qaldırmayıb.

Qeyd edək ki, bu gün Senatın Təxsisatlar Komitəsinin Konqresdə iclası keçirilib. İclas prezidentin Ukrayna və İsrailə yardım göstərmək üçün 106 milyard vəsaitin ayrılması xahişinin müzakirəsinə həsr olunub.

Yeri gəlmişkən Blinkenin sözünü kəsən təkcə “işarəli” qadın olmayıb.

Onun qarşısında Qəzza uşaqlarının təhlükəsizliyini təmin etməyi tələb edən bir kişi zaldan çıxarılıb. Daha sonra digər etirazçılar dövlət katibinin çıxışını dayandırıblar.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə