Patruşev "Şimal axını"nda baş verən partlayışdan danışıb

Patruşev "Şimal axını"nda baş verən partlayışdan danışıb

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev “Şimal axını”nı partladanın ABŞ olduğunu deyib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, Tomskda keçirilən tədbirdə bunu Amerika tərəfi Avropanın Rusiyadan qaz almaması üçün etdiyini deyib.

Patruşevin sözlərinə görə, ABŞ Ukrayna böhranından istifadə edərək Avropa ilə Rusiya arasında iqtisadi əlaqələrin kəsilməsini təmin edib. Bundan əlavə, o qeyd edib ki, Amerika hakimiyyəti öz iqtisadi problemlərini başqa ölkələrin hesabına həll edir.

Patruşev xatırladıb ki, ABŞ prezidenti Cozef Bayden Ukrayna və İsrailə hərbi yardımla bağlı bəyanat verib. Amerika lideri bunu “Amerikanın təhlükəsizliyinə nəsillər boyu fayda verəcək müdrik investisiya” adlandırıb”.

Rusiya Təhlükəsizlik Şurasının katibi deyib bunu.

Onun sözlərinə görə, Vaşinqton öz siyasəti ilə Yaxın Şərqdə vəziyyəti qızışdırır.

Xatırlatmaq istərdik ki, “Şimal axını” boru kəmərinin “təxribatı” 2022-ci il sentyabrın 27-də baş verib. Terror aktından dərhal sonra mətbuatda çoxlu sayda versiyalar dərc edilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə