Noyabrın 11-də Səudiyyə Ərəbistanının paytaxtında Ərəb Dövlətləri Liqasının ən yüksək səviyyədə fövqəladə iclası keçiriləcək. SİA xəbər verir ki, bunu Ərəb Liqasının baş katibinin köməkçisi Husam Zəki deyib.
“Baş Katiblik noyabrın 11-də Ər-Riyadda Səudiyyə Ərəbistanının rəhbərliyi ilə Ərəb Liqası Şurasının Zirvə Toplantısının fövqəladə sessiyasının keçirilməsi ilə bağlı Fələstin və Səudiyyə Ərəbistanı Krallığından rəsmi müraciət alıb”, - o bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB