"BILD”-ın hərbi analitiki Julian Repke Avdeevka yaxınlığından Ukraynaya məxsus pilotsuz təyyarənin görüntülərini şərh edir.
SİA-nın əldə etdiyi məlumata görə, fotoşəkillərdən birində yolun yaxınlığında toplanmış 30-dan çox rus əsgərinin vətənlərinə aparılmaq üçün hazırlanmış cəsədləri əks olunub.
Repkenin sözlərinə görə, Avdeevka uğrunda gedən döyüşlərdə hər gün 200-ə yaxın rus əsgəri ölür. Hücumun üç həftəsi ərzində itkilər artıq 2000-3000 nəfər təşkil edib.
Digər fotoda isə kiçik bir ərazidə ən azı 14 məhv edilmiş Rusiya zirehli texnikası əks olunub.
“...Avdeevka yaxınlığında rusların itkiləri çox böyükdür. Bu kadrlar Baxmut uğrunda döyüş zamanı çəkilmiş kadrlara bənzəyir. O vaxt Rusiya 11 ay davam edən şiddətli döyüşlərdən sonra 20.000 rusiyalını itirərək Baxmutu ələ keçirə bilmişdi”.
Deyim ki, Repke yazır bunu.
O qeyd edir ki, böyük itkilərə baxmayaraq, Rusiya Silahlı Qüvvələri Avdeevkaya hücumdan əl çəkmir və şəhəri mühasirəyə almağa çalışır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB