Qazaxıstanın Karaqanda vilayətindəki Kostenko mədənində axtarış-xilasetmə əməliyyatları ilə sonuncu şaxtaçının cəsədi çıxarılıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, oktyabrın 28-nə keçən gecə baş vermiş qəza nəticəsində 46 şaxtaçı həlak olub. Bu barədə Qazaxıstanın fövqəladə hallar naziri Sırım Şariphanov hökumətin iclasında məlumat verib.
Qeyd edildiyi kimi, bu günə kimi ölənlərdən 40-nın şəxsiyyəti müəyyən edilib. Altı nəfərin kimliyi açıqlanmayıb. Onları müəyyən etmək üçün lazımi müayinələr aparılır və DNT analizinə də ehtiyac olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB