Qəzza zolağında öldürülənlərin 70%-i qadın və uşaqdır - BMT

Qəzza zolağında öldürülənlərin 70%-i qadın və uşaqdır - BMT

Fələstin-İsrail münaqişəsinin kəskinləşməsinin əvvəlindən Qəzza zolağında öldürülənlərin təxminən 70%-ni qadınlar və uşaqlar təşkil edir. SİA xəbər verir ki, bunu BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini deyib.

“Qəzza zolağında həlak olanların təxminən 70%-i qadın və uşaqlardır. 3 həftə ərzində anklavda təxminən 3,2 min uşaq öldürülüb” – Lazzarini bildirb.

BMT rəsmisinin sözlərinə görə, Qəzza zolağında mülki əhalinin sığınacaq tapmağa çalışdığı kilsələr, məscidlər, xəstəxanalar və UNRWA obyektləri atəşə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə