Volnovaxada qətliam törətməkdə şübhəli bilinən iki rus saxlanılıb

Volnovaxada qətliam törətməkdə şübhəli bilinən iki rus saxlanılıb

Rusiya İstintaq Komitəsi bazar ertəsi axşam Donetsk vilayətinin Volnovaxa şəhərində 9 nəfərin qətli ilə bağlı iki şübhəlinin saxlanıldığını açıqlayıb. Bunlar Uzaq Şərqdən müqavilə əsasında xidmət edən rus hərbçiləridir. Hazırda onlar araşdırılır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, guya cinayətin ehtimal edilən motivi məişət münaqişəsidir.

Xatırladaq ki, oktyabrın 27-də Donetsk vilayətinin Rusiyanın nəzarətində olan Volnovaxa şəhərində fərdi evdə iki uşaq – biri məktəbəqədər və bir isə məktəbli də daxil olmaqla doqquz nəfərin güllə yaraları ilə meyiti tapılıb.

Ev sahibləri - ər-arvad və uşaqları ilə yanaşı, onların ailə şənliyinə toplaşan beş qohumu və dostları da öldürülüb. Yerli sakinlərin verdiyi məlumata görə, bir gün əvvəl ev sahibi ondan “samaqon” tələb edən rus hərbçiləri ilə mübahisə edib.

...Bir daha xatırladaq ki, Volnovaxa 2022-ci ilin martında rus qoşunları tərəfindən işğal edilib. Döyüşlər zamanı şəhər ciddi şəkildə dağıdıldı. İndi o, cəbhə xəttindən nisbətən uzaqdadır. Rusiya hakimiyyəti şəhəri bütün Donetsk vilayəti kimi Rusiya ərazisi hesab edir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə