İsrailin “F-16” qırıcıları Suriyadakı hədəflərə zərbələr endirib

İsrailin “F-16” qırıcıları Suriyadakı hədəflərə zərbələr endirib

Suriyada döyüşən tərəflərin barışdırılması üzrə Rusiya mərkəzinin rəis müavini kontr-admiral Vadim Kulit, İsrail Hərbi Hava Qüvvələrinə məxsus iki “F-16” qırıcısının Suriyanın Dəra əyalətində bir neçə hədəfi vurduğunu bildirib.

...Oktyabrın 30-da saat 01:33-dən 01:35-dək İsrail Hərbi Hava Qüvvələrinə məxsus iki “F-16” taktiki qırıcısı Suriya Ərəb Respublikasının silahlı qüvvələrinin Dəra əyalətindəki mövqelərinə iki idarə olunan bomba ilə hücum edib.

Hücum nəticəsində Hərbi infrastruktur obyektlərinə ziyan dəyib. Ölən və ya xəsarət alan yoxdur”, - deyə Kulit brifinq zamanı bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bundan əvvəl Vadim Kulit Rusiyanın da İdlibdəki yaraqlıların mövqelərinə aviazərbə endirməsi barədə bildirmişdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə