Müdafiə Qüvvələrinin aviasiyası gün ərzində rus işğalçılarının canlı qüvvə və texnikasının cəmləşdiyi ərazilərə 19 zərbə endirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı axşam hesabatında bildirilib.
...Müdafiə Qüvvələrinin aviasiyası gün ərzində şəxsi heyətin, silah-sursatın və hərbi texnikanın cəmləşdiyi ərazilərə 19, düşmənin zenit-raket kompleksinə isə 1 zərbə endirib. Raket qüvvələrinin bölmələri hava hücumundan müdafiə obyektini, şəxsi heyətin, silah-sursatın və hərbi texnikanın cəmləşdiyi beş ərazini, doqquz artilleriya qurğusunu və düşmənin digər 6 mühüm hədəfini vurub.
Qeyd etdiyimiz kimi, bu axşam hesabatında bildirilib.
...Baş Qərargah onu da bildirib ki, düşmən cəmi bir gün ərzində qoşunlarımızın mövqelərinə və yaşayış məntəqələrinə 7 raket və 47 hava zərbəsi endirib, çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən 43 hücum həyata keçirib.
Bundan əlavə, ruslar “Şahed-136/131” tipli 12 hücum PUA-sı, 2 ədəd X-59 idarə olunan təyyarə raketi və 4 ədəd “İsgəndər-M” ballistik raketindən istifadə edərək, Ukraynaya növbəti hücuma keçib.
Hava hücumundan müdafiə qüvvələri və vasitələri düşmənin bütün hücum edən PUA-larını və iki idarə olunan təyyarə raketini məhv edib.
...Son 24 saat ərzində Ukrayna Silahlı Qüvvələri 860-a yaxın rus işğalçısını məhv edib və onların itkiləri artıq 300 minə yaxınlaşır.
Bundan əlavə, işğalçıların 15 tankı, 17 zirehli döyüş maşını, 14 artilleriya sistemi və bir təyyarəsi məhv edilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB