Belarusun müvəqqəti işlər vəkili Yaroslav Xmıl oktyabrın 30-da Litva Xarici İşlər Nazirliyinə çağırılıb. Orada ona etiraz notası verilib.
SİA-nın əldə etdiyi məlumata görə, “Delfi.lt” yazır.
Rəsmi Vilnüs Belarus Təhlükəsizlik Şurasının dövlət katibinin birinci müavini Pavel Muraveykonun bəyanatlarına kəskin etirazını bildirib. Qeyd edək ki, onun çıxışı oktyabrın 24-də “Axşam Minsk”də dərc olunub.
Onu da qeyd edək ki, general Litvanın guya “tranzit dəhlizindən” silahla keçməyə əsas verən “iqtisadi təcavüzü”ndən danışıb.
“Bu cür bəyanatlar Litvaya açıq hücum təhdidi kimi qiymətləndirilə bilər, onlar tamamilə qəbuledilməzdir”, - Litva Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Litva departamenti də Muraveykonun bəyanatı ilə bağlı Belarusdan dərhal rəsmi izahat tələb edib. Vilnüs vurğulayır ki, Litva ölkənin təhlükəsizliyini, suverenliyini və ərazi bütövlüyünü təmin etmək üçün bütün mümkün tədbirləri görəcək.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB