“Zarafatı” işdən çıxarılması ilə sonunclanıb...

“Zarafatı” işdən çıxarılması ilə sonunclanıb...

Xantı-Mansiysk Muxtar Dairəsindəki Nijnevartovsk şəhərində klinikanın astanasına İsrail bayraqlarını yapışdırdığına görə diş həkimi işdən çıxarılıb.

SİA-nın əldə etdiyi məlumata görə, oktyabrın 28-də "Tipik Crab Nijnevartovsk" teleqam kanalında bayraqların fotoşəkili görüntüləyib.

Fotonun müəllifi iddia edib ki, bayraqları “Kristal” diş klinikasının əməkdaşlarından biri astanaya yapışdırıb. “NEFT” nəşrinin məlumatına görə, bunu klinikada işləyən Dağıstandan olan Xizri K. edib.

Foto sosial şəbəkələrdə yayımlandıqdan sonra işçi dindirilməyə çağırılıb. Onun sözlərinə görə, bayraqları astanaya yapışdırmaqla “zarafat etmək” istəyib.

İki gün sonra, oktyabrın 30-da Xirzi işdən çıxarılıb. O, “NEFT”-ə deyib ki, ona böhtan atıblar: guya o, stikerləri yerdə tapıb və dərhal atıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə