Rusiyalı iş adamı, “Alfa Group”un həmsahibi Aleksey Kuzmiçev Fransada saxlanılıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Le Monde” qəzeti yazır.
Onun sözlərinə görə, Fransa prokurorları çirkli pulların yuyulması ilə bağlı işi araşdırır. Milli Maliyyə Prokurorluğu xəbəri təsdiqləyib və Kuzmiçevin Parisdəki malikanəsi də daxil olmaqla, bir sıra ünvanlarda axtarışların aparıldığını dəqiqləşdirib.
“Le Monde”un məlumatına görə, səhər saatlarında Kuzmiçevin Sen-Tropedəki villasında da axtarış aparılıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB