Bunu keçmiş fələstinli diplomat iddia edir
Fələstinin Fransadakı keçmiş səfiri Salman Harfi, ABŞ hərbçilərinin Yaxın Şərqdəki döyüşlərdə İsrail tərəfində iştirak etdiklərini deyib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri RİA Novosti yayıb.
Onun sözlərinə görə, ABŞ ordusu Qəzza zolağında hərbi əməliyyatlarda tam şəkildə iştirak edir.
“Onlar İsraili təkcə dəstəkləmir, həm də Fələstin xalqına qarşı müharibədə iştirak edirlər. ABŞ bölgəyə hərbi personal göndərir. Onlar Qəzzada quruda hərbi əməliyyatlarda iştirak edirlər”.
Xatırladaq ki, Bundan əvvəl İsrail mediası İsrail ordusunun Qəzza zolağında quru əməliyyatlarının ABŞ prezident administrasiyasının tövsiyələrinə uyğun olduğunu yazmışdı.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB