Gürcüstan prezidenti Salome Zurabişvili CBS telekanalına müsahibəsində Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra və vətənlərində səfərbərlik elan edildikdən sonra kütləvi şəkildə ölkəyə gələn Rusiya vətəndaşlarının ölkədə olması ilə bağlı məsələyə münasibət bildirib.
Zurabişvili hesab edir ki, “düşmən dilində” danışan insanların bura Gürcüstan ərazisi olduğu halda öz evlərində olduğuna inanması “narahatedici”dir.
“Sizin ölkənizdə düşmən dilində danışan və öz evində olduğuna inanan insanların olması çox narahatedicidir”.
SİA-nın əldə etdiyi məlumata görə, bunu dövlət başçısı qeyd edib.
Zurabişvilinin sözlərinə görə, “incə bir xətt var və bu xətt qorunmalıdır ki, gələcəkdə bizdə Rusiyaya rusdilli vətəndaşların müdafiəsi ilə bağlı sevimli doktrinasını tətbiq etməyə imkan verəcək oxşar hadisələr olmasın”.
“SOVA” xəbər verir ki, Gürcüstanın niyə Rusiya vətəndaşlarının ölkəyə girişinə icazə vermədiyi barədə suala prezident Zurabişvili cavab verib ki, bu sualı ölkə hökumətinə vermək lazımdır.
“Təəssüf ki, mən icra hakimiyyətini təmsil etmirəm”, Zurabişvili deyib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB