HƏMAS üç israilli girovun Netanyahuya müraciətini dərc edib

HƏMAS üç israilli girovun Netanyahuya müraciətini dərc edib

...Fələstinin HƏMAS hərəkatı özünün Telegram kanalında üç israilli girovla bağlı video yayımlayıb və orada baş nazir Benyamin Netanyahunu oktyabrın 7-də silahlıların hücumunun qarşısını ala bilməməkdə günahlandırıb.

“The Times of Israel” yazır ki, qadınların kimliyi hələ müəyyən edilməyib, onların müraciəti çox güman ki, HƏMAS tərəfindən “diqtə edilib” və təbliğat xarakteri daşıyır.

“Salam, Netanyahu. 23 gündür HƏMAS-ın əsirliyindəyik. Dünən girovların ailələri ilə mətbuat konfransı olub. Biz bilirik ki, atəşkəs olmalıdır. Sən bizi azad etməliydin. Siz hamımızı azad etməyi öz üzərinizə götürmüsünüz”.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu “The Jerusalem Post” qadınlardan birinin sözlərini sitat gətirib.

Qadın deyib ki, girovlar yaraqlılar İsrailin cənubuna hücum edərkən hakimiyyətin sakinləri müdafiə etmədiyinə görə “cəzalandırılırlar”.

“Haaretz” xəbər verir ki, qadınlar həmçinin girovların İsrail həbsxanalarında fələstinlilərlə dəyişdirilməsini tələb edirlər. Bundan əvvəl Fələstin qruplaşmasının liderlərindən biri Yəhya Sinvar İsraildə əsir götürülən insanların azad edilməsi üçün belə bir şərt qoymuşdu.

NBC digər HƏMAS nümayəndəsinə istinadən yazıb ki, oğurlanan insanların İsrail Qəzza zolağına hava hücumlarını dayandırdığı zaman azad ediləcəyinə söz verilib.

İsrailin “Yediot Ahronot” qəzeti də videomüraciətin görünüşünü şərh edərkən bunun “psixoloji müharibənin bir hissəsi” olduğuna diqqət çəkərək, bu videonun harada, nə vaxt və hansı şəraitdə çəkildiyi barədə məlumatın olmadığını bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə