Zelenskinin Krımdakı mənzilini alan qadın danışıb...

Deyirm ki, Zelenskinin evini alan Olqanın əri vəkil olana qədər Moskvada polis işləyib
Zelenskinin Krımdakı mənzilini alan qadın danışıb...

Gərək ki, eşitməmiş olmazsınız. Deyirlər Ukryna prezidenti Yaitadakı evini satıb..?

Və bu arada Vladimir Zelenskinin mənzilini (...bu boyda da mənzil olar?-A.B.) alan Olqa Lipovetskaya yeni mənzil almaq təəssüratlarını bölüşüb.

Onun sözlərinə görə, Ukrayna liderinin evi uşaqların yaxşı və isti iqlimdə yaşaya bilməsi üçün ailə tərəfindən alınıb.

...Biz bunu özümüz və ailəmiz üçün, yalnız uşaqlar və iqlim üçün aldıq.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Olga Lipovetskaya "Mash" teleqram kanalına müsahibəsində bildirib.

Maraqlıdır ki, o, həmçinin yeni alınan mənzilin mətbuatın diqqətinə layiq olmadığını bildirib.

Xatırladaq ki, Zelenskinin Yaltadakı mənzili oktyabrın əvvəlində hərraca çıxarılmışdı. Bu yaxınlarda məlum oldu ki, mənzil hərracda 44,3 milyon rubla satılıb.

Xəbəri “Life” yayımlayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə