Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevə TOGG hədiyyə edəcək. SİA Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır məlumat verib.
"2024-cü ildə qlobal brend olmağı hədəfləyən Togg-un Avropa bazarlarına ixracı üçün hazırlıqlar böyük ölçüdə tamamlanıb. Bu il Türk Dövlətləri Təşkilatının Toplantısı Qazaxıstanda keçiriləcək. Cənab prezidentimiz Rəcəb Tayyib Ərdoğan TOGG-u Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevə hədiyyə olaraq təqdim edəcək", - deyə o bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB