Bu gün Rusiya Prezidenti Vladimir Putin Dağıstanın Mahaçqala şəhərində baş verən hadisələrlə bağlı müşavirə keçirəcək. SİA “Kommersant”a istinadən xəbər verir ki, bu barədə məlumatı Kremlin rəsmi sözçüsü Dmitri Peskov açıqlayıb.
Moskva vaxtı ilə 19:00-da başlayacaq iclas Putinin Novo-Oqaryovodakı iqamətgahında baş tutacaq.
Bildirilir ki, müşavirədə, həmçinin Rusiyanın Baş naziri Mixail Mişustin, ölkənin Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, XİN rəhbəri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu və digərləri də iştirak edəcək.
“Putin dünən axşam və bu gün səhər Dağıstandakı vəziyyətlə bağlı ətraflı hesabatlar alıb və almağa davam edir. Dünənki hadisələrin xaricdən gələn fəaliyyətin nəticəsi olduğu aydındır”, - deyə Peskov qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB